Wojtek Pilichowski — Polşanın ən məşhur bas gitara ifaçılarından, bəstəkarlarından və musiqi prodüserlərindən biridir. O, karyerası ərzində 200-dən çox albomda iştirak edib və müxtəlif janrların aparıcı sənətçiləri ilə əməkdaşlıq edib. Solo yaradıcılığında isə 20 alboma imza atıb.
Pilichowskinin ifası texniki virtuozluq, güclü groove və enerjili səhnə performansı ilə seçilir. O, həmçinin uzun illər ərzində dünya miqyasında master-klasslar keçirərək yeni nəsil bas gitara ifaçılarına ilham verir.
Bas gitaranın nə qədər güclü və sərhədsiz səslənə biləcəyini canlı görmək üçün bu konserti qaçırmayın.